Türkiyəli məşhur müğənni Sinan Akçıl 2021-ci ilin fevralında ikinci dəfə nikah masasına oturduğu aktrisa Burcu Kıratlıdan ayrıldığı iddiaları yayılıb.
"Unikal" xəbər verir ki, məşhur cütlüyün ayrı evdə yaşadıqları məlum olub. Bundan sonra Türkiyə şou aləmində gündəm mövzusuna çevrilən xəbərlərə müğənni aydınlıq gətirib.
“Bunlar hər evlilikdə baş verə biləcək böhranlardır. Hər gün danışırıq, çözməyə çalışırıq. Mən Leventdəki böyük mənzili Burcuya verdim, özüm ayrı bir yerə köçdüm. Amma sonda nə qərar alacağımızı indi bilmirəm. Bu, boşanma da ola bilər, təkrar eyni dam altında evliliyə davam etmək də. Burcu iki dəfə aşiq olub evləndiyim qadındır. İkinci dəfə evlənəcək qədər dəyər verdiyim bir qadın”.
Bildirək ki, cütlük ilk dəfə 2018-ci ildə ailə həyatı qurub. Onlar 9 aydan sonra rəsmi olaraq boşanıblar. Lakin Sinan və Burcu yenidən bir araya gəlib.