Yaponiyada ata 2 aylıq körpəsinə etdiyi işgəncə ilə gündəmə gəlib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ata körpəsini -18 dərəcədə olan soyducunun buzlağına qoyub. O, həmin anları video və foto şəklində qeydə alıb. Qısa zamanda atanın dostlarına göndərdiyi foto barəsində polisə məlumat verilib. Hadisədən sonra ata polis tərəfindən saxlanılıb. Maraqlısı budur ki, 42 yaşlı kişi polislərə ilkin ifadəsində övladının şirin və sevimli olduğu üçün buzxanaya yerləşdirdiyini açıqlayıb.
Məlum olub ki, bu atanın ilk işgəncəsi deyil. Ata barəsində qətimkan tədbiri seçilib.
Körpənin vəziyyəti haqqında heç bir məlumat verilməyib.