Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi artırılıb.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılan xidməti minik avtomobillərinin say həddi 3-dən 8-ə qaldırılıb. Əlavə 5 xidməti minik avtomobili Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinn ərazi və yerli bölmələr üzrə ayrılıb.