Uşağa qarşı zorakılıq İsmayıllı rayonunun Aşağıbaş kənd bağçasında baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.  O, qeyd edib ki, bağçada işləyən qadın işdən qovulub.

xxx

23:28

Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə videogörüntülər yayılıb.

"Unikal" xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma başlanıb: "Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir".