"Rusiya Qarabağ münaqişəsinin həll olunmasında yaxından iştirak edib".
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
O deyib ki, biz müxtəlif münaqişələrin həlli ilə bağlı işlərə yaxından cəlb olunmuşduq: "Bunlar Qarabağ, Suriya, Liviya, Əfqanıstan, İranın nüvə proqramı, Fələstin, Koreya yarımadasındakı vəziyyətdir”.
XİN başçısı həmçinin Qazaxıstanın üz-üzə qaldığı “aşkar terror təhlükəsi”ni dəf etməyə Rusiya sülhməramlı qüvvələrin kömək göstərdiyini də söyləyib.