Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nizaməddin Əhmədovun evindən oğurluq edilib.
"Unikal" “Report”a istinadən xəbər verir ki, hadisə 2021-ci ilin aprel ayında paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxslər N.Əhmədovun evindən 50 min manat pul oğurlayıb.
Daha sonra BDU-nun müəllimi hüquq mühafizə orqanlarına müraciət edib.
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Quliyeva və X.Məmmədov saxlanılıb.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.