Şamaxı rayonunda intihar hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.
Belə ki, sözügedən kənd sakini 2002-ci il təvəllüdlü Camalov Nizaməddin Niyaməddin oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.