Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozaraq qəza törədən və hadisə yerindən yayınan sürücünü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Unikal"a verilən məlumata görə, araşdırmalar zamanı şəhər sakini Əziz Kərimzadə saxlanılan zaman narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Əziz Kərimzadə sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.