Bakıda yaxın qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu prosesdə məhkəmə istintaqinin yekunlaşmağı elan edildikdən sonra dövlət ittihamçısı təqsirləndirilənin 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Arzuman Əsədov 4 il 6 ay sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 28-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Belə ki, Əsədov Arzuman İsmayıl oğlu ilə tanışı Əliyev Ramo Rövşən oğlu arasında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Əsədov Arzuman bıçaqla Ramo Əliyevin bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq xəsarətlər yetirib.

Fakta görə cinayət işi başlanıb, Arzuman Əsədov şübhəli şəxs qismində tutulub.

Seymur Əli