Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə qarşılaşacaq “Qarabağ” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Unikal" xəbər verir ki, siyahıda 24 oyunçunun adı yer alıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Mateus Koxalski və Fabian Buntiç.

Müdafiəçilər: Mateus Silva, Bədavi Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Dani Bolt, Kevin Medina,Sami Mmaee, Bəhlul Mustafazadə və Amin Rzayev.

Yarımmüdafiəçilər: Toral Bayramov, Kadi Borges, Pedro Bikalio, Marko Yankoviç, Kris Kuaku, Leandro Andrade, Abdullah Zubir, Aleksey Kaşuk və Hikmət Cəbrayılzadə.

Hücumçular: Emmanuel Addai, Musa Qurbanlı və Nəriman Axundzadə.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 23-də Dublin şəhərində yerləşən "Tolka Park" stadionunda, cavab matçı isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.