Gəncədə 43 yaşlı qadın bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini 1982-ci il təvəllüdlü A.İbrahimova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov