Gəncədə 48 yaşlı qadını avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən Şəmkir rayon sakini 1977-ci il təvəllüdlü C.Məmişovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov