Qazaxda zəhərlənmə hadisəsi qeydə alınıb.
"Unikal"ın xəbərinə görə, hadisə rayonun Çaylı kəndində baş verib. Belə ki, orta yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə qadın sirkə turşusu içərək zəhərlənib. Onun hansı səbəbdən içməsi məlum deyil.
Tural Əhmədov