Şəki şəhərində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən və iki ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 150 m² olan evin tavanı 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.