Goranboy rayon prokurorluğu Tapqaraqoyunlu kənd sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.
"Unikal" xəbər verir ki, məlumatda deyilir:
“Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.
xxx
21:10
Goranboy sakini minaya düşüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vuqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Xəstə xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib.
Hazırda vəziyyəti orta ağırdır.