Bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib və həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib.
Bu barədə "Unikal"-a DİN Baş DYP İdarəsindən bildirilib.
Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş.