Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. Yolda quraşdırılan dəmir səddin üzərindən keçmək istəyən qadın Bakı-Mingəçevir marşrutu üzrə işləyən iri tutumlu avtobusun altına düşərək hadisə yerində ölüb. Onun şəxsiyyəti aydınlaşdırılır.
Faktla bağlı araşdırma aparılır.