Abşeronda 40 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.
Bu barədə "Unikal"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, yanvarın 19-u saat 14 radələrində rayonun Ceyranbatan qəsəbə sakini, 1982-ci il təvəllüdlü Elməddin Məmmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, Elməddin Məmmədov qonşusuna məxsus fərdi yaşayış evinin dam örtüyünün kəsişmələrinə maye yapışqan vuran zaman dam örtüyünün 1 metr hündürlüyündən keçən elektrik naqilinə toxunması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.