"Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
O, bu prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazır olduqlarını vurğulayıb.
“Rusiya Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəsin tərəflərin maraqlarından çıxış etməli olduğuna və Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatı nəzərə almalı olduğuna tərəfdar çıxış edir”.