Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Hacıqədirli kəndində yaşayan Əvəz Heydərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və həmin silaha məxsus patron aşkarlanaraq götürülüb.
Onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ə.Heydərov barəsində qanunamüvafiq tədbir görülüb.