Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası olub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan "Nazlifan "markalı minik maşını yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Nüşabə Məmmədovanı vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.