ABŞ prezidenti Co Bayden təhqir etdiyi "Fox News" müxbiri Piter Dusiyə zəng edərək üzr istəyib.
"Unikal" xəbər verir ki, bu barədə müxbir qonaq olduğu proqramların birində deyib.
Dusinin sözlərinə görə, Baydenin ona zəng edərək "Bu, şəxsi bir şey deyil, dostum", - deyə ifadə edib. Aparıcının "Bayden üzr istədimi?" sualına isə “Mənim heç kimin məndən üzr istəməsinə ehtiyacım yoxdur”, - deyə, Piter Dusi gülümsəyərək cavab verib.
Amerika mətbuatında yer alan xəbərlərə görə, Baydenlə Piter arasında qısa telefon danışığı olub. Və ABŞ lideri jurnalistdən üzr istəyib.
Xatırladaq ki, Bayden, Ağ Evdə iqtisadiyyat komandası ilə bağlı "haqsız rəqabətlə mübarizə" mövzusunda tədbirdən əvvəl jurnalistlərə açıqlama verdikdən sonra mikrofonunu söndürməyi unudub.
Baydenin ona ölkədəki inflyasiya ilə bağlı sual verən "Fox News" müxbiri Piter Dusiyə zəng vurması, sonra isə onu söyməsi anlar kameralara əks olunub.
Sözügedən hadisə sosial mediada ictimaiyyətin və Ağ Ev müxbirlərinin reaksiyasına səbəb olub.
Qeyd edək ki, ABŞ-da Bayden administrasiyası artan inflyasiya və təchizat zəncirindəki problemlər səbəbindən tez-tez tənqid hədəfinə çevrilir. 2021-ci ilin noyabr və dekabr aylarında ABŞ-da inflyasiya son 39 ilin ən yüksək səviyyəsinə çatıb.
Gülayə Mecid