Gürcüstanda ötən sutka ərzində koronavirusa 15 762 yeni yoluxma faktı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 5 160 nəfər müalicə olunaraq sağalıb, 42 pasiyent isə vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 075 154 nəfərdə aşkarlanıb. Onların 972 745-i sağalb, 14 774-ü isə ölüb.