Türkiyənin turizm bölgəsi olan Antalya şəhərinə 29 il aradan sonra ilk dəfə qar yağıb.
"Unikal" "CNN Türk"ə istinadən xəbər verir ki, şəhərə qar yerli saatla 03:00-da yağmağa başlayıb. Bildirilir ki, sonuncu dəfə 1993-cü ilin yanvarın 7-də Antalyada 5 sm qar düşüb.
Qeyd edək ki, Türkiyənin bir sıra şəhərləri ağ örpəyə bürünüb. Xüsusilə ölkənin ən iri şəhəri olan İstanbulda güclü qar şəhərdə nəqliyyatın hərəkətini iflic edib.