ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal edəcəyi təqdirdə ona qarşı sanksiyalar tətbiq edə biləcəyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Bayden Vaşinqtonda jurnalistlərlə söhbətində bildirib. Belə ki, jurnalistin “Putin Ukraynaya hücum etsə, ona qarşı sanksiyalar tətbiq edərdinizmi?", sualına Bayden suala "Bəli" cavabını verib.
8500 Amerika əsgərinin NATO-nun şərq qanadında olan ölkələrin müdafiəsi üçün hazır vəziyyətdə olduğunu və bu əsgərlərin bir hissəsinin yaxın gələcəkdə Avropaya keçə biləcəyini ifadə edən Bayden, “Heç bir NATO ölkəsinin qorxmasına ehtiyac yoxdur, biz, NATO olaraq onların müdafiəsinə qalxacağıq”, - deyə ifadə edib.
Həmçinin də, Bayden, "Mən ona (red. Vladimir Putin) dedim ki, bütün əsgərləri ilə sərhəddə Ukraynaya girərsə, bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük işğal olacaq. Bu, vəziyyət bütün dünyanı dəyişəcək”, - deyə qeyd edib.
Gülayə Mecid