Meksikanın Kolima şəhərindəki Sosial Reinteqrasiya Mərkəzində (CERESO) məhbus qrupları arasında toqquşma baş verib.
"Unikal" xəbər verir ki, əlbəyaxa davada 8 nəfər ölüb, 7 nəfər yaralanıb.
Dövlət orqanları həlak olanların ailələrinə başsağlığı verib və zərərçəkənlərə lazımi köməklik göstəriləcəyini vəd ediblər.
Həbsxanada vəziyyət nəzarətə götürülüb.