Bakıdakı yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

***15:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.