Bərdədə yas mərasimi təşkil edən şəxsə cinayət işi açılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayonda polis tərəfindən fərdi yaşayış evinin həyətində xüsusi karantin rejim qaydalarına zidd olaraq yas mərasiminin təşkili və keçirilməsinin qarşısı alınıb.
Belə ki, rayonun Xəsilli kəndində mərasimi təşkil edən Xudayar Allahverdiyevin əməlində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğuna görə fakta görə Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bununla yanaşı, yas mərasimində çadır xidməti göstərən Eltaş Şəmsəddinli İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq məhkəmənin qərarı ilə 8 sutka, dini ayinləri icra edən Ramiz Allahverdiyev və digər 10 iştirakçı barəsində müvafiq olaraq 200 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.