Kürdəmirdə 51 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Atatürk küçəsində qeydə alınıb.
Belə ki, 3 uşaq anası, 51 yaşlı rayon sakini İbrahimova Pakizə Bəhlul qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.