"ABŞ və NATO-nun cavabından sonra necə davranacağına Putin qərar verəcək. Onu deyə bilərəm ki, Moskva müharibə istəmir".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müharibə perspektivləri haqqında jurnalsitlərin sualını cavablandırarkən deyib.
Lavrov bildirib ki, Rusiya müharibədə maraqlı deyil, lakin təhlükəsizlik maraqlarının da diqqətdən kənarda qalmasına imkan verməyəcək.
"Əgər bu, Rusiya Federasiyasından asılıdırsa, müharibə olmayacaq. Biz müharibələr istəmirik, lakin maraqlarımıza kobud şəkildə hücum edilməsinə, onun heçə sayılmasına icazə verməyəcəyik", - o vurğulayıb.