Ermənistanın eks-prezidenti Robert Köçəryan cümə günü Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 30-cu ildönümü münasibətilə çıxış edib.
"Unikal" xəbər verir ki, Köçəryan Ermənistan ordusunun müdafiəyə ehtiyacı olduğunu bildirib.
"Əziz həmvətənlər, sizi Ermənistan Ordusu Günü münasibəti ilə təbrik edirik. Biz bu günü ordu üçün ən ağır şəraitdə qeyd edirik. Birinci Artsax (Dağlıq Qarabağ) müharibəsi zamanı [1990-cı illərin əvvəllərində] yaradılan və addım-addım inkişaf edən ordumuzun taleyinə töhfəsi olan insanların hisslərini anlamaq çətin deyil.
Vaxtilə regionda sülhün təminatçısı, Artsaxın təhlükəsizliyinin təminatçısı olan Ermənistan ordusunun bu gün müdafiəyə ehtiyacı var. Mən ümidliyəm ki, ordu son nəticədə özünü yenidən düzəldəcək və xalqımızın təhlükəsizliyinin tam təminatçısı olacaq".
Ağarza Elçinoğlu