İran Türkiyəyə təbii qaz tədarükünü bərpa edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin "Botaş" neft-qaz şirkəti məlumat yayıb.
"İran tərəfdə qaz nəqli sistemində yaranan nasazlıq səbəbindən Gürbulak-Ağrı məntəqəsi vasitəsilə təbii qazın nəqli həyata keçirilə bilməyib. Hazırda İrandan sınaq məqsədilə məhdud şəkildə qaz tədarükü başlayıb", - məlumatda deyilir.
İran mətbuatının verdiyi xəbərə görə, yanvarın 19-da yaranan və qazın 10 gün müddətinə dayandırılmasına səbəb olan texniki nasazlıqlar aradan qaldırılıb.
İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri vasitəsilə orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.