Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 2594 yoluxma qeydə alınıb.

"Unikal" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 364348-ə çatıb.

Son sutka ərzində infeksiyadan 6 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 8041 nəfərə yüksəlib.