Rusiyada son sutka ərzində 113 122 nəfər koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.
Əvvəlki gün 98 040 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 11,61 milyonu ötüb.
Eyni zamanda, son sutkada 668 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 673 nəfər idi.
Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 330 111 nəfərə çatıb.