Gürcüstanın paytaxtı Tbilisinin Qldani rayonunda evlərdən birində 5 nəfərin meyiti tapılıb.
"Unikal" yerli mediaya istinadən xəbər verir ki, ölənlərdən üçü azyaşlıdır. Onların dəm qazından zəhərləndiyi ehtimal edilir.
Faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.