Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birinci dövlət başçısı Nursultan Nazarbayevlə iğtişaşlar dövründə hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsinə dair heç bir sövdələşmənin olmadığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayev “Xabar 24” telekanalında yayımlanan müsahibəsində deyib. Onun sözlərinə görə, heç bir sövdələşmə olmayıb.
"Eləcə də şəxsi imtiyazlar barədə söhbət olmayıb. Təkcə o söhbət olub ki, Təhlükəsizlik Şurası sədrinin statusunu təcili həll etmək lazımdır. Gizlətməyəcəyəm, mən məsələni belə qoydum ki, millətə dərhal müraciət edərək bu andan etibarən Təhlükəsizlik şurası sədrinin özüm olduğumu bildirəcəyəm”.
Tokayev qeyd edib ki, bu məsələ bir göz qırpımında həll olundu:
“Yanvarın 28-də “Nur Otan” partiyasının qurultayı keçirildi, mən orada çıxış etdim və Nursultan Abişeviç Nazarbayevin tarixi roluna qiymət verdim. Hesab edirəm, bu qiymət obyektivdir, ümidvaram ki, məhz bu qiymət əsasında insanlar gələcəyə istiqamətlənəcək".