ABŞ-da yağan güclü qar və külək səbəbindən Nyu-Yorkda 1400-dən çox sərnişin reysi təxirə salınıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Con Kennedi hava limanı 877 reysin - planlaşdırılmış uçuşların ümumi sayının 76%-nin ləğvi barədə məlumat verib.
La-Guardia Hava Limanı isə işini tamamilə dayandırıb və 556 uçuşu ləğv edib. Ümumilikdə isə ABŞ-da 3500-dən çox təyyarə reysi ləğv olunub.