Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin beş silahlısını zərərsizləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, silahlılar hücumlar təşkil etmək üçün “Barış Pinarı” antiterror əməliyyatı zonasına daxil olmağa çalışsalar da, vaxtında aşkarlanıblar.
PKK terrorçuları sabitliyi pozmaq, Türkiyəni parçalamaq üçün qanlı hücumlar həyata keçirirlər.