"Gələn həftə Rusiyaya qarşı sanksiyalarla bağlı təkmilləşdirilmiş qanunvericilik elan edəcəyik".
"Unikal" xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Liz Tras "Sky News" kanalına müsahibəsində deyib.
Rusiyaya qarşı iqtisadi sanksiyaların necə genişləndirilə biləcəyi ilə bağlı ətraflı məlumat verən xarici işlər naziri bildirib ki, hökumət Kreml üçün əhəmiyyət kəsb edən istənilən şirkəti hədəfə almaq istəyir.