Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trabzonda açılış mərasimindəki çıxışından sonra səhnəyə çıxan uşaq müraciəti ilə gündəm olub.
"Unikal" xəbər verir ki, səhnəyə çıxan Berat Can Gürsoy adlı azyaşlı əvvəlcə Ərdoğandan 10 ildir həbsxanada olan atasının sərbəst buraxılmasını istəyib. Daha sonra isə Türkiyə prezidentindən mikronu alaraq "Bəy Kamal Prezident əmimin qarşısında kimdir ki? O adam xaindir, xain. Ən yaxşı adam buradadır, səsinizi ona verin", - deyə müraciət edib.
Daha sonra Ərdoğan onunla birlikdə qırmızı lenti kəsib.