İŞİD terror qruplaşmasının Suriyanın Hasakiyə şəhərindəki həbsxanaya yanvarın 20-də başlayan hücumu 332 nəfərin ölümünə səbəb olub.
"Unikal" xəbər verir ki, bu barədə Suriyada İnsan Hüquqlarının Müşahidəsi Qrupu məlumat yayıb.
Baş qərargahı Londonda yerləşən təşkilat bildirir ki, toqquşmalara qədər həbsxanada müxtəlif ölkələrdən olan 3500-dək işidçi saxlanılırdı. Öldürülən 332 nəfərdən 246-sı İŞİD üzvü, qalanları isə təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Dağıdılmış ərazidə təmizləmə işləri getdiyi üçün ölü sayının artacağı istisna edilmir.