İtaliyada ötən sutkada 104 065 nəfərə COVID-19 diaqnozu qoyulub.
"Unikal" xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, eyni dövr ərzində 235 nəfər virusun qurbanı olub.
Qeyd edək ki, İtaliya koronavirusdan ölüm sayına görə Böyük Britaniyadan sonra Avropada ikincidir. Belə ki, ölkədə 146 149 nəfər koronavirusdan ölüb. İndiyədək ölkədə 10 925 485 yoluxma halı qeydə alınıb.