Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel Ukraynanın şərqinə BMT-nin sülhməramlı missiyasının göndərilməsini təklif edib.
"Unikal" xəbər verir ki, "Bild" nəşrinə müsahibəsində o, bunun barışığa nəzarət etmək və zorakılığın qarşısını almaq üçün zəruri olduğunu bildirib.
Qabrielin sözlərinə görə, zərurət yaranarsa, sülhməramlılar “silahların köməyi ilə öz məqsədlərinə nail ola bilərlər”, - ifadəsini işlədib.
Keçmiş diplomat əlavə edib ki, hazırda ABŞ, NATO və Avropanın səyləri “qitənin mərkəzində müharibənin qarşısını almağa” yönəlib.