İranın mərkəzi hissəsində yerləşən Ərak şəhərində şir zoopark işçilərindən birinə hücum edib.

"Unikal" xəbər verir ki, hadisə 38 yaşlı işçinin şiri yedizdirməyə gəldiyi zaman baş verib. Bu zaman vəhşi heyvan qəfəsdən çıxaraq ona hücum edib.

Nəticədə kişi dünyasını dəyişib.

Müəssisə rəhbərliyi müvafiq tədbirlərin görüldüyünü və heyvanın zooparkın ərazisini tərk etmədiyini bildirib.

Eyni zamanda rəhbərlik şəhər sakinlərindən zooparkın ərazisinə yaxınlaşmamağı xahiş edib.