Ekspertiza nəticəsində cənazə qalıqlarının 1918-ci ildə öldürülən sonuncu rus imperatorunun ailəsinə aid olduğu təsdiqini tapıb.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prokurorluğunun xüsusi işlər üzrə baş təhqiqatçısı Marina Molodsova bildirib.
“Müasir təhqiqat metodları və tarixi ekspertiza nəticəsində imperator II Nikolay və ailəsinin 1918-ci il 16 iyuldan 17-nə keçən gecə Yekaterinburqda güllələndiyini dübut edir. İmperatorla yanaşı onun arvadı Aleksandra Fyodorovna, qızları Olqa, Tatyana, Mariya, Anastasiya, oğlu Aleksey və ona sadiq olan şəxslər də güllələnib” – deyə Molodsova bildirib.
Qeyd edək ki, sonuncu rus çarı II Nikolay 1918-ci ildə güllələnib. Cənazə qalıqları ölüm hökmünün icra olunduğu yerdən 1991-ci ildə çıxarılıb.