Portuqaliyada bu gün növbədənkənar parlament seçkiləri keçirilib.
"Unikal" xəbər verir ki, səslərin 50%-dən çoxu sayılıb.
İlkin nəticələrə görə, ölkənin Baş naziri António Kostanın Sosialist Partiyası öndə gedir. Partiya səslərin 43.26%-ni qazanıb.
Rui Rionun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası 31,63% səs toplayıb. Sağçı Yetər partiyası ölkə əhalisinin 7,49%-nin dəstəyi ilə Portuqaliya parlamentində üçüncü ən güclü qüvvəyə çevrilib.