Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna ordusunun Donbasa daxil olacağı təqdirdə Rusiya 30 dəqiqə müddətində həmin ordunu məhv edə biləcəyini proqnozlaşdırıb.
"Unikal" xəbər verir ki, o, bu barədə “Komsomolskaya Pravda” radiostansiyasının efirində bildirib.
Onun fikrincə, Ukrayna qoşunlarının hücumundan 5 dəqiqə sonra Rusiya elə zərbə endirə bilər ki, orada heç nə qalmasın.
"Yəni, nüvə deyil, fövqəlqüdrətli silahla Ukraynaya qarşı müharibəni 30 dəqiqəyə bitirmək - Bu silahların bir neçə yaylım atəşi Ukraynanın istənilən yerində ordu və hərbi texnikanı məhv edə bilər", - deyə Jirinovski qeyd edib.
Gülayə Mecid