Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb.
"Unikal"ın məlumatına görə, prosesə sədrlik etməli olan hakim Rauf Daşdəmirovun xəstə olduğu bildirilib.
Bu səbəbdən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.