Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, rayonunun Güvəkənd kənd sakini İbrahimov Rəvan Xanlar oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yola çıxan piyada, Binələr kənd sakini 1960-cı il təvəllüdlü Səfərov Əliyar Qurban oğlunu vurub.

Yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılsa da orada dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.