Müğənni Alişan bu dəfə uşaqları üçün tutduğu dayələrin maaşları ilə gündəmə  gəlib. 

"Unikal" xəbər verir ki,  türkiyəli sənətçi  evində 3 dayənin olduğunu bildirib. Belə  ki, şou proqramların birində  açıqlama verən Alişan bir dayə üçün 20 min TL ( 2,506 AZN)  ödədiyini ifadə edib.  

Toplamda ayda 60 min TL (7,518 AZN) ödəyən müğənni xanımların işindən məmnun olduğunu da dilə gətirib. 

Qeyd edək ki,  aktrisa Buse Varola evli olan Alişan cütlüyü ayrılıq iddiaları ilə gündəmdədir. Lakin ikilidən bu barədə  hələ ki,  açıqlama gəlməyib.